Tariximiz

"Gülüstan" sarayı "BAKIDÖVLƏTLAYİHƏ" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında 1979-1980-ci illərdə tikilmiş və Azərbaycan SSR Ticarət Nazirliyinin 19.06.1980-cı il tarix, 23 saylı əmrinə əsasən "Gülüstan" şadlıq sarayı kimi fəaliyyət göstərmişdir. 1991-2006-cı illər ərzində icarə müəssisəsi olaraq "Gülüstan" şadlıq sarayı kimi fəaliyyətini davam etdirmişdir.

2006-cı il may ayından Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan" Sarayı kimi fəaliyyət göstərir.

"Gülüstan" sarayında ölkəmiz üçün əhəmiyyətli çoxsaylı tarixi tədbirlər keçirilmişdir. Bunlardan ən mühümü, 20 sentyabr 1994-cü ildə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-ın "AMOCO", "Penzzoil", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.




FOTO QALEREYA